• Bakı 18° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Əhaliyə ÇAĞIRIŞ: Qapalı məkanlarda maska taxın!

CƏMİYYƏT

30 Dekabr 2025 | 09:10 | Müəllif: Əli Hüseynov

Əhaliyə ÇAĞIRIŞ: Qapalı məkanlarda maska taxın!

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günləri ərəfəsində əhalini sanitar-gigiyenik tələblərə daha diqqətli yanaşmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, qurumdan verilən məlumata görə, xüsusilə yüksək risk qrupuna aid şəxslərin kütləvi tədbirlərdə və insanların sıx olduğu qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi mühafizə vasitələrindən istifadə etməsi tövsiyə olunur. Həmçinin vətəndaşlara əl gigiyenasına ciddi riayət etmək tapşırılır.

Nazirlik immun sisteminin gücləndirilməsi üçün gündəlik qidalanmada vitaminlərlə zəngin ərzaqlara üstünlük verilməsini də məqsədəuyğun hesab edir.

Səhiyyə Nazirliyi hər kəsi sağlamlığına məsuliyyətlə yanaşmağa, şəxsi gigiyena qaydalarına əməl etməyə və yoluxucu xəstəliklərin yayılmasına qarşı diqqətli olmağa çağırıb.

“Unutmayaq ki, sağlamlıq hər birimizin birgə məsuliyyətidir”, – deyə qurum bildirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026