Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin müraciəti qəbul edilib
Bakıvaxtı.az xəbər verir ki, Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar soydaşlarımıza və həmvətənlərimizə müraciət qəbul edib.
Parlamentin sədri Sahibə Qafarova bildirib ki, hər il bu ərəfədə Milli Məclis soydaşlarımıza müraciət edib. Spiker qeyd edib ki, gündəlikdəki son məsələ məhz həmin müraciətin təsdiqi ilə bağlıdır.
Müraciətin mətni deputat Zaur Şükürov tərəfindən oxunub və səsvermə nəticəsində qəbul edilib.
Əli Hüseynov
Bakı 




