• Bakı C

    8.56 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Serxio Ramos yenidən Fransaya qayıda bilər

İDMAN

30 Dekabr 2025 | 09:09

Serxio Ramos yenidən Fransaya qayıda bilər

İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramos yenidən Fransaya qayıda bilər.

Bakıvaxtı.az "Actu Foot"a istinadən xəbər verir ki, futbolçunun xidmətlərində "Nitsa" klubu maraqlıdır.

Artıq tərəflər arasında danışıqlara start verilib. Fransa təmsilçisi Avropa futboluna qayıtmağı hədəfləyən mərkəz müdafiəçisi ilə müqavilə imzalamaq imkanını nəzərdən keçirir.

Qeyd edək ki, Avropada "Real", "Sevilya" (hər ikisi İspaniya), PSJ (Fransa) kimi klublarda forma geyinmiş 39 yaşlı Ramosun son iş yeri Meksika təmsilçisi "Monterrey" olub. O, dekabrın əvvəlində komandadan ayrılıb.


SON XƏBƏRLƏR

29 Dekabr 2025