• Bakı C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

900-dən çox tələbə yerdəyişmə edib

CƏMİYYƏT

30 Dekabr 2025 | 13:05

900-dən çox tələbə yerdəyişmə edib

Bu il 900-dən çox tələbə yerdəyişmə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə hesabatında yer alıb.

Hesabata əsasən, 2025-2026-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan ümumilikdə 1687 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 958 müraciət müsbət nəticə ilə yekunlaşıb.

Həmçinin qeyd edilib ki, ölkə Prezidentinin sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində ümumilikdə 2018–2023-cü illərdə İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış 200-ə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazanıblar.

Bu proqramlar çərçivəsində 45 ölkədən 70-ə yaxın əcnəbi tələbə təhsillərini yerli ali təhsil müəssisələrində davam etdiriblər.


SON XƏBƏRLƏR