• Bakı C

    8.56 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

İki rayonun bəzi ərazilərində işıq olmayacaq

CƏMİYYƏT

30 Dekabr 2025 | 09:40

İki rayonun bəzi ərazilərində işıq olmayacaq

Bu gün Biləsuvar və Lənkəran rayonlarının bəzi ərazilərinin elektrik enerjisi təchizatında fasilə yaranacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, dekabrın 30-da Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 20 mVA gücündə transformatorda təmir işi aparılacaq.

Bununla əlaqədar saat 12:00-dan 13:00-dək rayonun bir sıra yaşayış məntəqələri və şəhər ərazisinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmçinin Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 4 saylı şəhər hava xəttində təmir işləri həyata keçiriləcək. Bu səbəbdən, saat 12:30-dan 14:30-dək şəhər ərazisində Müzəffər Nəsirli, Şəkər Aslan, Vidadi, Şahin Məmmədov, Səməd Vurğun, Şirəli Axundov küçələrində elektrik enerjisinin verilişi dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa ediləcək.


SON XƏBƏRLƏR

29 Dekabr 2025