• Bakı C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

ƏƏSMN-in qurumları arasında e-xidmətlərlə bağlı hakaton keçirildi

    CƏMİYYƏT

    29 Dekabr 2025 | 18:01

    ƏƏSMN-in qurumları arasında e-xidmətlərlə bağlı hakaton keçirildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində sosial sahə üzrə elektron xidmətlərin təşviqinə həsr edilmiş hakaton təşkil olunub. Hakatonda nazirliyin tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşlarından ibarət 12 komanda iştirak edib.

    Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, tədbir zamanı e-sosial platformasının funksionallığının genişləndirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və vətəndaşlar üçün daha əlçatan, effektiv rəqəmsal xidmətlərin yaradılması ilə bağlı ideyalar, təkliflər təqdim olunub.

    Dövlət sosial xidmətlərinin rəqəmsallaşması prosesində qurumlar arasında institusional əməkdaşlığın gücləndirilməsinə hədəflən hakatonda ən yaxşı nəticə göstərən üç komandaya mükafatlar təqdim edilib.


    SON XƏBƏRLƏR