Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndələr arasında əldə edilən razılaşmaların bir hissəsi olaraq, İrəvan və Ankara diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza müraciəti prosesini sadələşdirmək qərarına gəliblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, 1 yanvar 2026-cı il tarixindən etibarən hər iki ölkənin diplomatik, xüsusi və xidməti pasport sahibləri elektron vizalar (e-vizalar) pulsuz əldə edə biləcəklər.
Bu baxımdan, Ermənistan və Türkiyə heç bir ilkin şərt olmadan tam normallaşmaya nail olmaq məqsədi ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesini davam etdirməyə sadiq olduqlarını bir daha təsdiqləyirlər.
Bakı 




