• Bakı C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Hakim vəzifəsinə təyin edilən prokurorluq işçiləri ilə görüş keçirildi 

CƏMİYYƏT

29 Dekabr 2025 | 17:53

Hakim vəzifəsinə təyin edilən prokurorluq işçiləri ilə görüş keçirildi 

Baş prokurorun birinci müavini Elçin Məmmədov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin olunan Zəfər Ramazanovu, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin olunan Vüqar Məhərrəmovu və Abşeron Rayon Məhkəməsinin hakimi təyin edilən Elvin Teymurzadəni qəbul edib.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, tədbiri giriş sözü ilə açan Baş prokurorun birinci müavini müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli lideri Heydər Əliyevin milli dövlətçilik siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində ölkədə ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğunlaşdırıldığını, yeni reallıqlara uyğun olaraq Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılmaqla bütün sferalarda onların fəal iştirakına geniş imkanlar yaradılmaqla onlara hərtərəfli diqqət və qayğı göstərildiyini, dövlət idarəetməsində yaxından iştirakının təmin edildiyini və bu istiqamətdə görülən tədbirlərin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Qəbul zamanı Zəfər Ramazanov, Vüqar Məhərrəmov və Elvin Teymur-zadəyə Baş prokuror Kamran Əliyev tərəfindən qüsursuz fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlərə görə təltif olunduqları Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanları təqdim edilib.

Onlar prokurorluq orqanlarında qazandıqları zəngin bilik və təcrübənin gələcək hakimlik fəaliyyətlərində qanunun aliliyinin təmin olunmasına, ədalətli və obyektiv məhkəmə qərarlarının qəbuluna mühüm töhfə verəcəyini vurğulayaraq, üzərlərinə düşən məsuliyyətin fərqində olduqlarını, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində bütün bilik və bacarıqlarını səfərbər edəcəklərini bildiriblər.


SON XƏBƏRLƏR