• Bakı C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Çin Zelenskinin tənqidinə cavab verib

DÜNYA

29 Dekabr 2025 | 17:17

Çin Zelenskinin tənqidinə cavab verib

Çin Ukrayna ilə bağlı danışıqları asanlaşdırmaq üçün səylər göstərir.

Bakıvaxtı.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin Çin tərəfinin sülh prosesinə qoşulmaq istəməməsi ilə bağlı tənqidinə münasibət bildirən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib.

Onun sözlərinə görə, Pekin Rusiya və Ukrayna da daxil olmaqla, bütün maraqlı tərəflərlə sıx əməkdaşlıq edir:

"Pekin atəşkəsə nail olmaq, eləcə də sülh danışıqlarını təşviq etmək üçün ardıcıl səylər göstərir. Çinin səyləri beynəlxalq ictimaiyyət üçün göz qabağındadır və bu məsələdə konstruktiv rol oynamağa davam edəcək".

Gülşən Şərif


SON XƏBƏRLƏR