• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Putin əl-Şaraa ilə nələri müzakirə edəcək?

DÜNYA

28 Yanvar 2026 | 14:40 | Müəllif: Əli Hüseynov

Putin əl-Şaraa ilə nələri müzakirə edəcək?

Rusiya hərbçilərinin Qamışlıdakı aerodromdan çıxarılması məsələsi Rusiya Müdafiə Nazirliyinin səlahiyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

    Onun sözlərinə görə, Vladimir Putin və Əhməd əl-Şaraa Rusiya qoşunlarının Suriyadakı mövcudluğunu müzakirə edəcəklər.

    “Silahlı Qüvvələrimizin Suriya Ərəb Respublikasında yerləşdirilməsi məsələlərinə gəlincə, bu, Müdafiə Nazirliyinin səlahiyyətindədir”, - Peskov bununla bağlı Müdafiə Nazirliyinə müraciət olunmasını tövsiyə edib.

    Peskov Dəməşqin Bəşər Əsədin ekstradisiyası tələbi ilə bağlı sualı da şərh etməyib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR