• Bakı C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Deputat: Zelenski sülh prosesini uzatmağa davam edəcək
 

DÜNYA

29 Dekabr 2025 | 17:20

Deputat: Zelenski sülh prosesini uzatmağa davam edəcək 

Ukrayna prezidenti Volodimir Zelenski münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və müxtəlif bəhanələrlə prosesi uzatmağa çalışacaq.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksandr Boroday söyləyib.

Deputatın sözlərinə görə, Zelenskinin sülhə maraqsızlığı təkcə siyasi deyil, eyni zamanda maliyyə səbəbləri ilə də bağlıdır. O bildirib ki, hərbi əməliyyatların davamı üçün daxil olan maliyyə axınları bu mövqeni gücləndirir.

Qeyd edək ki, Donald Tramp dekabrın 28-də Zelenskini Floridadakı iqamətgahında qəbul edib və tərəflərin razılaşmaya əvvəlkindən daha yaxın olduğunu bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Moskvanın bu qiymətləndirmə ilə razılaşdığını açıqlayıb.

Bununla yanaşı, Rusiya XİN rəhbəri Sergey Lavrov Avropada “müharibə tərəfdarlarının” mövqeyinin hələ də sərt qaldığını vurğulayıb. Çinli politoloq Wu Xinbo isə Zelenskinin şəxsi siyasi gələcəyi naminə sülh prosesini uzatmağa çalışdığını bildirib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR