• Bakı C

    8.56 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

"Azərkosmos"un ixrac gəlirləri azaldı

İQTİSADİYYAT

30 Dekabr 2025 | 10:03

Azərkosmosun ixrac gəlirləri azaldı

Bu ilin yanvar-noyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 16,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın dekabr sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3% azdır.

11 ayda peyk telekommunikasiya xidmətlərini 41 ölkədən təxminən 100 şirkət idxal edib. Əsas ixrac istiqamətləri Böyük Britaniya (4,2 milyon ABŞ dolları), Lüksemburq (3,2 milyon ABŞ dolları), İsveç (1,1 milyon ABŞ dolları), Türkiyə (772 min ABŞ dolları) və Nigeriya (760 min ABŞ dolları) olub.

Hesabat dövründə "Azərkosmos"un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı 66% olub.

Təkcə noyabrda isə "Azərkosmos" 35 ölkəyə 1,5 milyon ABŞ dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu isə 1 il əvvələ nisbətən eynidir.


SON XƏBƏRLƏR

29 Dekabr 2025