• Bakı C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan

DÜNYA

29 Dekabr 2025 | 18:10

Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan

Rusiyalı biznesmen Samvel Karapetyan və komandasının üzvləri Azərbaycandan Ermənistana neft tədarükü ilə bağlı yalanlar danışırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan bildirib.

“Rusiyalı biznesmenin komanda üzvləri niyə belə yalan danışırlar? Səbəb çox sadədir. Çünki onlar sizin (erməni cəmiyyətinin) qorxularınız üzərindən oynayırlar. Böyük çətinliklərlə əldə etdiyimiz sülhü hər vəchlə dəyərdən salmaq istəyirlər.

İstəyirlər ki, Ermənistan blokada şəraitində qalmağa və yoxsullaşmağa, özləri isə köhnə tərəfdaşları Köçəryan və Sərkisyanla birlikdə zənginləşməyə davam etsinlər”, - vitse-spiker vurğulayıb./Teleqraf


SON XƏBƏRLƏR