• Bakı 23° C

    0.21 m/s

  • USD - 1.7

    EUR - 1.968

    RUB - 1.9551

Türkiyədə İŞİD əməliyyatı: 300-dən çox şübhəli saxlanılıb - YENİLƏNİB

DÜNYA

30 Dekabr 2025 | 11:52

Türkiyədə İŞİD əməliyyatı: 300-dən çox şübhəli saxlanılıb - YENİLƏNİB

Türkiyənin İstanbul və Ankara şəhərləri də daxil olmaqla, 21 vilayət və şəhərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə, keçirilən əməliyyatlar nəticəsində 357 İŞİD şübhəlisi saxlanılıb.

***

09:47

Türkiyənin İstanbul və Ankara şəhərlərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Qeyd edilib ki, İstanbuldakı əməliyyat zamanı 110, Ankarada isə 17 şübhəli saxlanılıb.

Məlumata görə, İstanbulda tutulmuş şəxslərin arasında Yalovada 3 polisi şəhid edən terrorçularla əlaqəli olanlar da var.

Ankarada saxlanılan şübhəlilərdən 11-nin əcnəbi, 6-nın isə Türkiyə vətəndaşı olduğu bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR