Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərini ikinci gündür ki, davam etdirir.
Bakıvaxtı.az bildirir ki, təlimlər hava-dəniz əməliyyatları, blokada simulyasiyaları və sualtı müdafiə manevrlərini əhatə edir.
Tayvan Müdafiə Nazirliyi 130 Çin təyyarəsi və 22 gəminin ada ətrafında müşahidə olunduğunu açıqlayıb.
Təlim ABŞ-nin Tayvana böyük silah satışı qərarından sonra baş verib, ABŞ prezidenti Donald Tramp isə narahat olmadığını bildirib.
Əli Hüseynov
Bakı 



