Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda ittiham olunan ehtiyatda olan hərbçi Bəşir Bəşirovun cinayət işi üzrə məhkəməsi keçirilib.
Bakıvaxtı.az Trend-ə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Məhkəmənin baxış iclası 8 yanvarda keçiriləcək.
Təqsirləndirlən Bəşir Bəşirov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı 




