• Bakı C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Bu şəxslər mühafizə orderi üçün rüsum ÖDƏMƏYƏCƏK

İQTİSADİYYAT

30 Dekabr 2025 | 12:24

Bu şəxslər mühafizə orderi üçün rüsum ÖDƏMƏYƏCƏK

Milli Məclis “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, dəyişikliyə əsasən, məişət zorakılığından zərər çəkmiş şəxslər uzunmüddətli mühafizə orderi (60–180 gün) üçün məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməyəcəklər. Hazırda bu ödəniş xüsusi icraat qaydasında 100 manat müəyyən edilib.

Qanun zərər çəkmiş şəxslərin məhkəməyə müraciət imkanlarını artırmaq və onların müdafiəsini gücləndirmək məqsədi daşıyır. Məişət zorakılığından zərər çəkmiş şəxs dedikdə, fiziki, psixi, cinsi və ya iqtisadi zorakılığa məruz qalmış şəxslər nəzərdə tutulur.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

29 Dekabr 2025