• Bakı 25° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Dron Putin iqamətgahını dağıdıb? - Kremldən AÇIQLAMA

DÜNYA

30 Dekabr 2025 | 13:45

Dron Putin iqamətgahını dağıdıb? - Kremldən AÇIQLAMA

"Düşünmürəm ki, burada hər hansı bir dəlil olmalıdır. Əgər kütləvi dron hücumu olubsa, onlar hava hücumundan müdafiənin dəqiq işi sayəsində vurulub".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Valdaydakı iqamətgahına dron hücumu ilə bağlı danışarkən deyib. O, hücumun olmadığı barədə Ukrayna tərəfinin iddialarını rədd edib.

"Dağıntılara gəldikdə isə, deyə bilmərəm, bu bizim hərbçilərimizin məsələsidir. Görürük ki, Zelenskinin özü bunu inkar etməyə çalışır və bir çox Qərb mediası Kiyev rejiminə dəstək verərək bunun heç vaxt baş vermədiyi barədə şayiələr yaymağa başlayır. Bunlar absurd iddialardır", - deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.

Xatıraldaq ki, Rusiya tərəfi ötən gün Putinin iqamətgahına dron hücumu barədə məlumat yayıb./Modern.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026