"Lukoil" xarici aktivlərini idarə edən "Lukoil International GmbH"ni satmaq üçün ABŞ-nin "Carlyle" şirkəti ilə razılığa gəlib.
Bakıvaxtı.az xəbər verir ki, saziş Qazaxıstandakı layihələri əhatə etmir və ABŞ hakimiyyət orqanlarının təsdiqi də daxil olmaqla bir sıra şərtlərdən asılıdır.
Saziş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsindən (OFAC) zəruri tənzimləyici təsdiqlərin alınması da daxil olmaqla, müəyyən presedent şərtlərinə tabedir.
Məlumatlara əsasən "Lukoil" paralel olaraq digər potensial alıcılarla da danışıqları davam etdirir.
Qeyd edək ki, "Lukoil International"ın satışı müəyyən dövlətlər tərəfindən "Lukoil"-a və onun törəmə şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədardır.
Bakı 




