Fevralın 27-də Boliviyada təyyarə qəzası olub.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələrinə məxsus C-130 Hercules təyyarəsi El Altoda insanların sıx olduğu küçəyə çırpılaraq onlarla avtomobili əzib. On beş nəfər ölüb, altı nəfər yaralanıb.
Təyyarə Boliviya Mərkəzi Bankının sifarişi ilə pul daşıyırmış.
Hadisədən sonra təyyarənin ətrafında izdiham yaranıb. İnsanlar yerə tökülən pullar üstündə dava salıblar. Nəticədə təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.
Hadisənin səbəbləri araşdırılır.
Murad Məmmədli
Bakı 




