• Bakı C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

DÜNYA

29 Yanvar 2026 | 12:44

Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

ABŞ Mərkəzi Asiya ölkələri ilə ticarət məhdudiyyətlərinin ləğvini dəstəkləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio bildirib.

Hazırda qüvvədə olan 1974-cü il Cekson-Venik düzəlişi Marko Rubio tərəfindən soyuq müharibənin bir parçası adlandırılıb.

Qeyd edək ki, bu düzəliş ölkələrə ticarətdə ən çox üstünlük verilən statusu, dövlət kreditləri və kredit zəmanətlərini təmin etməyi qadağan edir, xüsusilə də vətəndaşlarının hüquqlarını pozan və miqrasiya azadlığını məhdudlaşdıran ölkələrə aid edilir.

Həmçinin, düzəliş bazar iqtisadiyyatı olmayan”ölkələrdən idxal edilən mallara diskriminasiyaedici tariflərin tətbiqini nəzərdə tutur.

Xatırladaq ki, 2012-ci ildə bu düzəliş Rusiya ilə bağlı ləğv edilib, lakin bir sıra MDB ölkələrinə, Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan hələ də tətbiq olunur./Teleqraf 


SON XƏBƏRLƏR

28 Yanvar 2026