Nyu-Yorkda sürücü idarə etdiyi avtomobili bir neçə dəfə sinaqoqun binasına çırpıb, avtomobil binanın qapılarını sındırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.
Nəşr qeyd edib: "Sürücü maşını ilə Bruklin sinaqoquna bir neçə dəfə çırpılıb. Hadisənin videosunda qapıların yerindən çıxdığı görünür".
Qəzetin məlumatına görə, sürücü həbs edilib.
Əli Hüseynov
Bakı 




