• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Ucarda 14 nəfər zəhərləndi - YENİLƏNİB

HADİSƏ

30 Dekabr 2025 | 17:57

Ucarda 14 nəfər zəhərləndi - YENİLƏNİB

Ucarda kütləvi şəkildə qida zəhərlənməsi ilə bağlı prokurorluğa məlumat daxil olub.

Bakıvaxtı.az-ın məlumatına görə, Baş Prokurorluqdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Əlavə məlumatın veriləcəyi bildirilib.

***

16:45

Dekabrın 30-da saat 11:00 radələrindən etibarən zəhərlənmə şübhəsilə 14 nəfər (3 kişi, 11 qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-a Ucar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026