ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə ikitərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında Səudiyyə Ərəbistanının İsrail ilə münasibətləri normallaşdırmaq üçün İbrahim Sazişlərinə qoşulacağını açıqlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Amerika lideri qeyd edib ki, sazişə üzvlüyün genişləndirilməsi prosesi davam edəcək:
"Səudiyyə Ərəbistanı çox yaxşı olub. Anladığım qədəri ilə, onlar İsrail ilə yaxşı münasibətlər qurmaq üçün xahiş edə biləcəyimiz hər şeyi ediblər".
ABŞ prezidenti Ər-Riyadın İsrail dövləti ilə münasibətlərini rəsmiləşdirəcəyinə əminliyini ifadə edib: "Onlar barışacaqlar və bir anda İbrahim Sazişlərini imzalayacaqlar".
Zeynəb Rzayeva
Bakı 




