• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Gürcüstan və Azərbaycan dəmir yolu sahəsində əməkdaşlığı müzakirə edib

DÜNYA

29 Yanvar 2026 | 14:03 | Müəllif: Əli Hüseynov

Gürcüstan və Azərbaycan dəmir yolu sahəsində əməkdaşlığı müzakirə edib

Gürcüstan və Azərbaycan arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Bakıvaxtı.az xəbər verir ki, müzakirələr Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani, "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov arasında keçirilən görüşdə aparılıb.

Görüşdə Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasının əhəmiyyəti və əlavə yüklərin cəlb edilməsi istiqamətində iki ölkə arasında uğurlu əməkdaşlığın davam etdiyi vurğulanıb.

Qeyd edilib ki, Gürcüstan və Azərbaycan dəmir yolları arasında bağlanan müqavilə regional iqtisadi əməkdaşlıq və dəmir yolu infrastrukturunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənədin ölkənin tranzit və logistika imkanlarını gücləndirəcəyi və Orta Dəhlizin rəqabət qabiliyyətini artıracağı vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026