Sabunçu rayonunda vətəndaşın mopedi oğurlanıb.
Bakıvaxtı.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə ötən gecə baş verib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə 1800 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən İ.Əlizadə və M.Quliyev də müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakı 




