• Bakı C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb

SİYASƏT

30 Dekabr 2025 | 16:18

Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb

Prezident İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, fərmana əsasən, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb, qurumun Əsasnaməsi təsdiq edilib.

Agentlik dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirən və icra göstəricilərini təhlil edən, Maliyyə Nazirliyinin strukturuna daxil olan qurumdur.


SON XƏBƏRLƏR