• Bakı C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Məmməd Alpayın məhkəməsi başlayır

CƏMİYYƏT

30 Dekabr 2025 | 16:58

Məmməd Alpayın məhkəməsi başlayır

"Seçki Müşahidə" Alyansının rəhbəri Məmməd Məmmədzadənin (Məmməd Alpay) məhkəməsi başlayır.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası 8 yanvara təyin edilib.

Qeyd edək ki, Məmməd Məmmədzadə Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittihanm irəli sürülüb və bu il martın 14-ü Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR