• Bakı C

    9.3 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Tovuzda iki maşın toqquşdu - Yaralanan var

HADİSƏ

30 Dekabr 2025 | 17:36

Tovuzda iki maşın toqquşdu - Yaralanan var

Tovuzda yol-nəqilyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Həzi Aslanov küçəsi ilə Nizami küçəsinin kəsişməsində qeydə alınıb.

Ağstafa sakini Kənan Salahov idarə etdiyi “Opel” markalı avtomobillə diqqətsizlikdən baş yola çıxarkən hərəkətdə olan “VAZ -2104” markalı avtomobillə toqquşub.

Zərbənin gücündən “Opel” piyda səkisinə çırpılıb. Hadisə nəticəsində “VAZ -2104”  markalı avtomobilin sürücüsü 47 yaşlı rayon sakini Rauf Sadıqov xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR