• Bakı C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir 
 

CƏMİYYƏT

30 Dekabr 2025 | 16:26

Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir  

ASAN könüllülərinin "Yaşıl ASAN" ekoloji proqramı, Azərsun Kağız və Karton İstehsalat Korporasiyası və Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin şagirdlərinin birgə təşəbbüsü ilə ekoloji tədbir həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, “Balaca Ekoloqlar” layihəsi çərçivəsində həyata keçirilən tədbirdə şagirdlər arasında ekoloji maarifləndirmə, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi, təkrar emalın təşviqi kimi mövzularda söhbət aparılıb.

Ekoloji çirklənmənin zərərləri və təkrar emalın ekologiyamıza olan müsbət təsirləri haqqında şagirdlərə ətraflı məlumat verilib. 

Tədbir zamanı şagirdlərin tullantılardan hazırladıqları müxtəlif əl işlərindən ibarət sərgi, kompazisiyalar nümayiş olunub və birgə ağacəkmə aksiyası həyata keçirilib. 

ASAN könüllüləri tərəfindən şagirdlərə "Eko çanta" və "Üz boyama" üzrə ustad dərsləri təşkil edilib. 

Tədbirin sonunda şagirdlərə ASAN könüllüləri və Azərsun Kağız və Karton İstehsalat Korporasiyası tərəfindən kiçik hədiyyələr təqdim edilib.


SON XƏBƏRLƏR