• Bakı C

    11.12 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

“Hörümçək-adam” yolda qalanlara belə kömək etdi - VİDEO

DÜNYA

30 Dekabr 2025 | 20:23

“Hörümçək-adam” yolda qalanlara belə kömək etdi - VİDEO

Türkiyənin Bitlis şəhərində “Hörümçək adam” kostyumu geyinərək gəzən Ayaz Salih Koç adlı şəxs sərt hava şəraitində göstərdiyi xeyirxahlıqla gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, güclü qar yağışı səbəbindən yolda irəliləyə bilməyən sürücünün köməyinə çatan Koç avtomobili itələyərək hərəkətin bərpasına yardım edib.

Qeyri-adi geyimdə kömək edən gəncin bu hərəkəti ətrafdakıların marağına səbəb olub.

Sosial şəbəkələrdə populyar olan gənc bildirib ki, geyindiyi kostyum sadəcə bir simvoldur:

“Əsas məqsədim insanların çətin anlarda tək olmadıqlarını hiss etdirməkdir. Hər kəs üçün ümid mənbəyi olmağa və xəyallarımın ardınca getməyə davam edəcəyəm”./Qafqazinfo


SON XƏBƏRLƏR