• Bakı 19° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Putin yenə onları təbrik etdi

DÜNYA

30 Dekabr 2025 | 19:00 | Müəllif: Subhan Mahmudov

Putin yenə onları təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Yeni il və Milad bayramları münasibətilə bir sıra xarici ölkələrin keçmiş dövlət və hökumət başçılarına təbrik məktubları ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Rusiya lideri Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryanı təbrik edib. Təbrik ünvanlanan şəxslər arasında həmçinin Kubanın keçmiş lideri Raul Kastro, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev və Almaniyanın keçmiş Kansleri Gerhard Şröder də yer alıb.

Xatırladaq ki, 2022-ci ildə Ukrayna müharibəsi başlayandan sonra Qərb ölkələrinin Rusiya dövlət başçısına qarşı sərgilədiyi sanksiyalar fonunda V. Putin ənənəvi olaraq Yeni il ərəfəsində məhz bu cür şəxsi dostluq münasibətləri qalan keçmiş dövlət başçılarını təbrik edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026