• Bakı C

    13.39 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Türkiyədə 61 təyyarə reysi ləğv olundu

DÜNYA

31 Dekabr 2025 | 00:02

Türkiyədə 61 təyyarə reysi ləğv olundu

“Türk Hava Yolları” (THY) Türkiyənin şərq və mərkəzi hissələrində gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar 31 dekabr tarixinə planlaşdırılan 61 reysini ləğv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə aviaşirkətin sosial media hesablarında rəsmi məlumat paylaşılıb.

Bildirilib ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə bəzi istiqamətlər üzrə səfərlər ləğv olunub.

Qeyd edək ki, reysləri ləğv olunan sərnişinlər biletlərini başqa tarixə dəyişmək və ya geri qaytarmaq hüququndan istifadə edə bilərlər. Hazırda digər reyslərin cədvəl üzrə yerinə yetirilməsi planlaşdırılır.


SON XƏBƏRLƏR

30 Dekabr 2025