• Bakı C

    13.07 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Tayland əsir düşən 18 hərbçini təhvil verib

DÜNYA

31 Dekabr 2025 | 09:11

Tayland əsir düşən 18 hərbçini təhvil verib

Tailand Xarici İşlər Nazirliyinin məlumatına görə, Tailand hakimiyyəti iyul ayında iki ölkə arasında baş vermiş əvvəlki sərhəd gərginliyi zamanı əsir götürülən 18 kambocalı hərbçini Kambocaya təhvil verib.

Bakıvaxtı.az xəbər verir ki, hərbçilərin repatriasiyası 27 dekabr 2025-ci ildə Tailand və Kambocanın Baş Sərhəd Komitəsinin üçüncü xüsusi iclasında imzalanmış Birgə Bəyanatın 11-ci bəndinə uyğun həyata keçirilib.

Həmin bəndə əsasən, 72 saat ərzində atəşkəs rejiminə tam riayət edildikdən sonra 18 kambocalı hərbçinin ölkələrinə qaytarılması nəzərdə tutulurdu.

Nazirlik əlavə edib ki, bu addım 26 oktyabr 2025-ci ildə Kuala-Lumpurda imzalanmış Tailand–Kamboca Birgə Bəyannaməsinin ruhuna da tam uyğundur.


SON XƏBƏRLƏR

30 Dekabr 2025