Almaniyada bank seyflərindən on milyonlarla avro dəyərində əşyaların oğurlanması ilə nəticələnən ölkə tarixinin ən böyük soyğunlarından biri baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə DP agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Gelzenkirxen şəhərindəki “Sparkasse” bankının filialında baş verib.
Məlumata görə, soyğunçular bankın divarında böyük bir dəlik açaraq içəri daxil olublar. Bankın yanğın siqnalizasiyası işə düşsə də, polis və yanğınsöndürənlər hadisə yerinə gələnə qədər cinayətkarlar qaçmağa nail olublar. Oğurlanmış əşyaların ümumi dəyəri 30 milyon avro (təxminən 60 milyon AZN) olaraq qiymətləndirilir. Soyğunçuluq nəticəsində təxminən 2.700 müştəri zərər çəkib.
Yerli KİV sözügedən hadisəni Almaniya tarixindəki ən miqyaslı bank soyğunlarından biri adlandırıb./Qafqazinfo
Bakı 




