• Bakı C

    11.12 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Elmi dərəcə və elmi ad almış 66 iddiaçıya diplom və attestatlar verildi

CƏMİYYƏT

30 Dekabr 2025 | 21:02

Elmi dərəcə və elmi ad almış 66 iddiaçıya diplom və attestatlar verildi

30 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 19 elmi sahə üzrə elmi dərəcə və elmi ad almış 66 iddiaçıya diplomlar və attestatlar, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.

Bildirilib ki, fizika, kimya, biologiya elmləri, yer elmləri, aqrar elmlər, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, coğrafiya, tarix, hüquq elmləri, filologiya elmləri, pedaqogika, siyasi elmlər, psixologiya və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 42 iddiaçıya fəlsəfə doktoru, 11 iddiaçıya elmlər doktoru diplomları təqdim olunub.

Həmçinin xarici ölkələrin ali təhsil müəssisələrində elmi dərəcə almış 12 nəfərə nostrifikasiya şəhadətnaməsi təqdim edilib. Eyni zamanda 1 nəfərə professor attestatı təqdim olunub.

Kimya elmi sahəsində “Qeyri-üzvi kimya”, biologiya sahəsində “Genetika”, hüquq elmləri sahəsində “Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası”, riyaziyyat sahəsində “Analiz və funksional analiz”, “Bərk cisimlər fizikası”, “Deformasiyaya uğramış bərk cisim mexanikası”, tarix sahəsində “Vətən tarixi” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.


SON XƏBƏRLƏR