• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ahmad Gozal “SABİS” prezidentini qəbul edib

CƏMİYYƏT

03 Oktyabr 2025 | 15:21 | Müəllif: Əli Hüseynov

Ahmad Gozal “SABİS” prezidentini qəbul edib

“Azersun Holding”in Müşahidə Şurasının sədri Ahmad Gozal “Sabis” Beynəlxalq Məktəbinin prezidenti  Karl Bistani ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, şirkətlər qrupunun qonağı olan xarici qonaqla Bakıda fəaliyyət göstərən “Sabis SUN” məktəbində görülən işlər müzakirə edilib.

 “Dreamland” kompleksində fəaliyyət göstərən adıçəkilən özəl təhsil müəssisəsinin fəaliyyəti üçün əməkdaşlığın sıxlaşdırılmasının vacibliyi qeyd edilib.

Eyni zamanda 10 illik fəaliyyət müzakirə edilərək, potensialların dəyərləndirilməsinə qərar verilib.

Qeyd edək ki, “Sabis” dünyanın 20 ölkəsində mövcuddur və 70 mindən artıq tələbə yüksək səviyyəli təhsillə təmin edilir.

Ölkəmizdə bu məktəb 2015-ci ildən “Azersun Holding”in tərəfdaşlığı ilə fəaliyyət göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026