• Bakı 27° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Trampla Zelenski arasında danışıqlar olacaq

DÜNYA

03 Sentyabr 2025 | 18:00

Trampla Zelenski arasında danışıqlar olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla yaxın zamanda danışacağını elan edib. 

Bakıvaxtı.az-ın "İnterfaks-Ukrayna"ya istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısı Danimarka Baş naziri Mette Frederiksen ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

V.Zelenskinin sözlərinə görə, danışıq "bu gün və ya yaxın günlərdə" keçiriləcək.

O vurğulayıb ki, əgər Rusiya Prezidenti Vladimir Putinlə görüş baş tutmasa, Ukrayna sanksiyalar şəklində dəstək və yardıma ehtiyac duyacaq.

Ukrayna Prezidenti qeyd edib ki, o, daha əvvəl bu mövzunu Trampla müzakirə edib və bir neçə həftə ərzində ABŞ-dən cavab addımları gözləyir: "Biz bu gün və ya yaxın günlərdə ABŞ Prezidenti ilə danışacağıq və bu məsələni dəqiqləşdirəcəyik".


SON XƏBƏRLƏR