• Bakı 18° C

    0.4 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Kobaxidze: AŞPA-nın qətnaməsi Avropa bürokratiyasının böhranını əks etdirir

DÜNYA

03 Oktyabr 2025 | 16:53

Kobaxidze: AŞPA-nın qətnaməsi Avropa bürokratiyasının böhranını əks etdirir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qəbul etdiyi qətnaməni Gürcüstan xalqına qarşı növbəti hücum kimi qiymətləndirib.

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, hökumət başçı sənədin Avropa bürokratiyasında mövcud olan çətin vəziyyəti bir daha üzə çıxardığını və real dəyərə malik olmadığını bildirib.

"Bu qətnamə Avropa bürokratiyasında yaranmış çətin vəziyyətin ifadəsidir. Onların arasında tənqidə tab gətirə bilməyən qeydlər də var. Bu, gürcü xalqına qarşı növbəti hücumdur və belə qətnamələrin heç bir əhəmiyyəti yoxdur", - deyə Kobaxidze qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR