“Fənərbaxça” klubu “Beşiktaş”la yollarını ayıran Türkiyə milli komandasının qapıçısı Mert Günokun transferini elan edib.
Bakıvaxtı.az xəbər verir ki, İstanbul təmsilçisi 36 yaşlı qolkiper ilə 2,5 illik müqavilə imzalayıb.
Bu keçidlə M. Günok 11 illik fasilədən sonra yetirməsi olduğu və 2010-2015-ci illər aralığında şərəfini qoruduğu doğma klubuna geri dönüb.
Xatırladaq ki, təcrübəli qapıçı “Fənərbaxça”dan ayrıldıqdan sonra karyerası ərzində “Bursaspor”, “Başakşehir” və son olaraq “Beşiktaş”da çıxış edib.
Bakı 




