• Bakı C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

"Barselona"nın yarımfinaldakı rəqibi bəlli oldu

İDMAN

06 Fevral 2026 | 19:16

Barselonanın yarımfinaldakı rəqibi bəlli oldu

Futbol üzrə İspaniya Kubokunun yarımfinal mərhələsinin püşkü atılıb.

Bakıvaxtı.az xəbər verir ki, turnirin qalibi adına əsas namizəd sayılan "Barselona"nın rəqibi iddialı "Atletiko Madrid" klubu olub.

Digər cütlükdə "Atletik Bilbao" və "Real Sosyedad" finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

İlk yarımfinal oyunları 10 və 12 fevralda, cavab görüşləri isə 3-5 martda keçiriləcək.

Qeyd edək ki, turnirin son qalibi olan "Barselona" sözügedən mükafatı ən çox qazanan klubdur (32 dəfə). "Atletik Bilbao" 24, "Real Madrid" isə 20 dəfə İspaniya Kubokuna sahib çıxıb.


SON XƏBƏRLƏR