Azərbaycanlı FIFA referisi Əliyar Ağayev və FIFA VAR referisi Nicat İsmayıllı Yaxın Şərqdə baş verən hərbi gərginlik səbəbindən bir müddət Küveytdən Azərbaycana qayıda bilmirdilər.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) Bakıvaxtı.az-a bildirilib ki, bu gün referilərimiz təhlükəsiz şəkildə vətənə qayıdıblar.
AFFA yaranmış vəziyyət zamanı göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycanın Küveytdəki səfirliyinə təşəkkürünü bildirib.
Bakı 




