• Bakı 12° C

    13.17 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

“Arsenal”dakı gələcəyi sual altındadır

İDMAN

05 Aprel 2026 | 22:38

“Arsenal”dakı gələcəyi sual altındadır

“Arsenal”ın baş məşqçisi Mikel Artetanın London klubundakı gələcəyi sual altına düşüb.

Bakıvaxtı.az "The Touchline” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin cari mövsümün sonunda vəzifəsindən kənarlaşdırıla biləcəyi iddia edilir.

Məlumata görə, FA Kubokunda aşağı divizion təmsilçisinə qarşı alınan sensasion məğlubiyyət klub rəhbərliyinin səbrini daşırıb. Belə ki, rəhbərlik Çempionşip komandasına uduzaraq turnirdən kənarlaşmağı “qəbuledilməz” hesab edib və bu hadisədən sonra Artetaya qarşı narazılıq kəskin artıb.

Klub daxilindəki mənbələrin məlumatına görə, rəhbərlik hələ də ispan mütəxəssisə müəyyən qədər etibar etsə də, artıq təcili nəticə və böyük titullar tələb olunur. Bildirilir ki, əgər “Arsenal” mövsümün sonunda Premyer Liqa və ya Çempionlar Liqası kuboklarından birini muzeyinə apara bilməsə, bu, Artetanın paytaxt klubundakı son mövsümü olacaq.

Xatırladaq ki, Mikel Arteta 2019-cu ildən “topçular”a rəhbərlik edir. Hazırda komanda Premyer Liqada 31 oyundan sonra 70 xalla turnir cədvəlinə başçılıq edir və çempionluq üçün əsas namizədlərdən biri sayılır.


SON XƏBƏRLƏR

05 Aprel 2026