• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Nurlana Cəfərova Dünya Kubokunda finala yüksəlib

İDMAN

05 May 2026 | 14:10 | Müəllif: Əli Hüseynov

Nurlana Cəfərova Dünya Kubokunda finala yüksəlib

Azərbaycan idmançısı Nurlana Cəfərova Qazaxıstanın Almatı şəhərində stend atıcılığı üzrə keçirilən ISSF Dünya Kubokunda finala yüksəlib.

Azərbaycan Atıcılıq Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə,Qadınlar arasında dairəvi stend növündə yarışan təmsilçimiz yüksək nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb. O, sabit performansı və dəqiq atışları ilə seçilərək turnirin ən güclü iştirakçıları sırasına yüksəlib.

Qeyd edək ki, final mərhələsi yaxın vaxtlarda baş tutacaq və Nurlana Cəfərova medal uğrunda mübarizə aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026