• Bakı 21° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

“Beşiktaş”da 3 ayrılıq: Gedənləri kimlər əvəzləyəcək?

İDMAN

04 Iyun 2026 | 13:51

“Beşiktaş”da 3 ayrılıq: Gedənləri kimlər əvəzləyəcək?

“Beşiktaş” yeni mövsüm üçün iddialı heyət quraraq Türkiyə Super Liqasında çempionluq uğrunda mübarizə aparacaq.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məqsədlə ağ-qara klub bir neçə futbolçu ilə yollarını ayırıb və onların yerini doldurmaq üçün transfer çalışmalarını sürətləndirib.

Yeni mövsüm ərəfəsində heyətində ciddi dəyişikliklər etməyə hazırlaşan “Beşiktaş” xüsusilə cinah xəttini gücləndirmək istəyir. Rəhbərliyin gözləntiləri doğrultmayan futbolçularla vidalaşdıqdan sonra bu mövqeyə ən azı iki yüksək səviyyəli oyunçu transfer etməyi planlaşdırdığı bildirilir.

Satınalma hüququndan istifadə edilməyən Cengiz Ünder, Jota Silva və El Bilal Toure komandadan ayrılıb. Həmçinin, Milot Rashica üçün uyğun təklif gələcəyi təqdirdə onun da transferinə maneə yaradılmayacağı qeyd olunur.

“Beşiktaş”ın transfer siyahısında ilk sırada isə hazırda “Arsenal” forması geyinən belçikalı hücumçu Leandro Trossard yer alır. Rəhbərliyin təcrübəli futbolçunun transferi üçün yaxın günlərdə konkret addımlar atacağı iddia edilir.

31 yaşlı futbolçu geridə qalan mövsümdə nümayiş etdirdiyi sabit və yüksək səviyyəli performansı ilə diqqət mərkəzində olub. “Arsenal” forması ilə 50 rəsmi matçda meydana çıxan təcrübəli belçikalı futbolçu 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, o, mövsüm ərzində komandasının 19 qolunda birbaşa pay sahibi olub.

Mirsadiq Ağayev

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi


SON XƏBƏRLƏR

03 Iyun 2026