• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Minifutbol millimiz üçün vacib oyun

İDMAN

04 Iyun 2026 | 09:47 | Müəllif: Əli Hüseynov

Minifutbol millimiz üçün vacib oyun

Minifutbol üzrə Azərbaycan milli komandası bu gün Slovakiyada təşkil olunan Avropa çempionatının həlledici - final qarşılaşmasına çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, yığmamız qitənin ən güclüsünü müəyyənləşdirəcək matçda Ukrayna kollektivi ilə qüvvəsini sınayacaq.

Avropanın diqqət mərkəzində olan bu böyük duel "Tipos Arena"da baş tutacaq və Bakı vaxtı ilə tam 22:30-da start götürəcək.

Qeyd edək ki, yığmamızın finala gedən yolu olduqca məhsuldar və uğurlu keçib. Komandamız dünən əsas vaxtı 1:1 bərabərliklə başa çatan yarımfinal görüşündə penaltilər seriyasında Serbiya seçməsini 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Buna qədər isə F qrupunda Avstriyaya (1:0), İtaliyaya (3:0) və Fransaya (3:2) heç bir şans verməyən millimiz 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 final mərhələsində isə Çexiya komandasını (5:2) mübarizədən kənarlaşdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026