• Bakı 21° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Dünya çempionatlarının "ən yaxşı 11 bombardiri"

İDMAN

04 Iyun 2026 | 13:45

Dünya çempionatlarının ən yaxşı 11 bombardiri

Dünya çempionatı tarixindəki qələbələrdə böyük rol oynamış, vurduqları qollarla milyonlarla futbolsevəri coşdurmuş ən yaxşı 11 futbolçu sıralanıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, beynəlxalq arenada ən böyük futbol turniri olan Dünya Çempionatında braziliyalı Pele, alman Gerd Müller, italyan Paolo Rossi və argentinalı Mario Kempes kimi bir çox ulduz ad illər boyu vurduqları qollarla ölkələrinin uğurlarında mühüm rol oynayıb və qazanılan kuboklarda ön plana çıxmağı bacarıb.

Dünya çempionatı tarixindəki "zəfərlərə" böyük töhfə vermiş, vurduqları qollarla milyonlarla futbolsevəri coşdurmuş, hazırda çıxışını dayandırmış ən yaxşı 11 sima bunlardır:

GIUSEPPE MEAZZA (İTALİYA)

Cərimə meydançasında topla görüşərkən rəqib müdafiəsini "xaosa" sürükləyən Meazza, futbol tarixinə son dərəcə istedadlı və qol vurmaqda usta bir oyunçu kimi adını yazdırıb.

FERENC PUSKAS (MACARISTAN)

Milli komandası ilə 1954-cü il Dünya Çempionatında final oynayan və 1962-ci il kubokunda da heyətdə yer alan Puskas, futbol tarixinin ən yaxşı hücumçularından biri hesab olunur.

JUST FONTAINE (FRANSA)

Mərakeş doğumlu Just Fontaine 1958-ci il Dünya Çempionatına qədər Fransa millisinin formasını cəmi iki dəfə geyinmişdi. Komanda yoldaşı Rene Bliardın zədələnməsindən sonra 1958-ci ildə oynamaq şansı qazanan Fontaine, Paraqvay ilə keçirilən açılış oyununda 3 qol vuraraq əsas heyətə tam layiq olduğunu hamıya sübut etdi.

PELE (BRAZİLİYA)

Futbolda bütün zamanların ən yaxşı oyunçularından biri sayılan Pele, qatıldığı 4 Dünya Çempionatında 12 qol vurub və Braziliyanın 3 Dünya Kuboku qazanmasında baş rol oynayıb.

EUSEBIO (PORTUQALİYA)

Portuqliya millisi ilk dəfə qatıldığı 1966-cı il Dünya Çempionatında 9 qol vuran Eusebio'nun böyük töhfəsi sayəsində yarımfinala qədər yüksəlib.

GERD MÜLLER (QƏRBİ ALMANİYA)

Ölkəsinin 3-cü olduğu 1970-ci il Dünya Çempionatında rəqib qapılarından 10 qol keçirən Müller, ideal futbolçu fizikinə sahib olmasa da, yüksək qol vurma bacarığı və topla doğru zamanda, doğru yerdə olmasını təmin edən güclü instinktləri ilə Almaniya üçün her zaman vacib oyunçu olub.

PAOLO ROSSI (İTALİYA)

İlk dəfə 1978-ci il turnirində, hələ 21 yaşındaykən vurduğu 3 qol ilə parlayan məhsuldar futbolçu, 1980-ci ildə adının qarışdığı mərc qalmaqalı səbəbindən futbol fəaliyyətindən 3 illik uzaqlaşdırılsa da, cəzasının 2 ilə endirilməsindən sonra 1982-ci il Dünya Çempionatında oynamaq şansı tapdı.

ROMARIO (BRAZİLİYA)

İtaliya-1990-da cəmi 65 dəqiqə meydanda olan, lakin ABŞ-1994-də komandanın əvəzedilməz oyunçusuna çevrilən Romario, Braziliyanın yetiştirdiyi ən böyük istedadlar arasında yer alır.

RONALDO (BRAZİLİYA)

Dünya çempionatlarında vurduğu 15 qolla ən məhsuldar oyunçular siyahısında alman Miroslav Klose'nin ardından ikinci olan Ronaldo, bir çoxlarına görə futbol dünyasının ən yaxşı hücumçusudur.

MARIO KEMPES (ARGENTİNA)

Cənubi Amerika futbolunun yetişdirdiyi mühüm istedadlardan biri olan Mario Kempes Argentinanın 1978-ci il Dünya Çempionatındakı qələbəsində böyük rol oynayıb. Kempes karyerası ərzində 1974, 1978 və 1982-ci illər olmaqla üç Dünya Çempionatında mübarizə aparıb.

MIROSLAV KLOSE (ALMANYA)

Qol vurmaq baxımından futbol dünyasının sayılan simalarından olan Miroslav Klose, vurduğu 16 qolla Dünya Çempionatı tarixinin ən çox qol vuran oyunçusu statusunu qoruyur.

Cahandar Qocalı

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi


SON XƏBƏRLƏR

03 Iyun 2026