• Bakı 21° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Azərbaycan susuzluqdan əziyyət çəkən 35 ölkədən biri olacaq

CƏMİYYƏT

04 Iyun 2026 | 11:28

Azərbaycan susuzluqdan əziyyət çəkən 35 ölkədən biri olacaq

“Dünyanın müxtəlif beynəlxalq təşkilatlarının hesablamalarına görə ölkəmiz susuzluqdan əziyyət çəkən 35 ölkə arasında olacaq”.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında bildirib.

O qeyd edib ki, Dövlət Proqramında müasir suvarma altında olan sahələrin 130 min hektardan 300 min hektara qədər çatdırılması hədəf kimi qarşıya qoyulub.

Z. Əliyev həmçinin bildirib ki, bu, məhsuldarlıq artırımına gətirib çıxaracaq. Müasir suvarma şəbəkəsinin yaradılması ilə yanaşı, torpaq konsolidasiyası da dövlət proqramının Azərbaycanda tətbiqi üçün əsas tədbirlərdən biridir.


SON XƏBƏRLƏR

03 Iyun 2026