• Bakı 21° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

SİYASƏT

04 Iyun 2026 | 10:34

Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı  ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Dənizkənarı Milli Parkda bayram konserti keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü ildönümünə həsr ediləcək konsert Saat qülləsinin qarşısında təşkil olunacaq.

Paytaxt sakinləri və şəhərimizin qonaqlarının sevimli istirahət məkanlardan biri olan Dənizkənarı Milli Parkda tanınmış müğənni və yaradıcı kollektivlərin iştirakı ilə rəngarəng musiqi proqramı təqdim ediləcək. 

Bayram konserti atəşfəşanlıqla yekunlaşacaq.


SON XƏBƏRLƏR

03 Iyun 2026