• Bakı 21° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Həmyerlimizə Ukraynada vəzifə verildi

CƏMİYYƏT

04 Iyun 2026 | 12:59

Həmyerlimizə Ukraynada vəzifə verildi

Ukraynada azərbaycanlı Gündüz Məmmədov bu ölkənin Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidmətinin rəis müavini təyin edilib.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bu barədə əmri Ukrayna müdafiə naziri Mixaylo Fedorov imzalayıb.

G.Məmmədov əslən Azərbaycanın Gəncə şəhərindəndir. O, uzun müddət Ukrayna prokurorluq orqanlarında işləyib. 2014-cü ilin iyulundan Odessanın prokuroru, 2015-ci ilin dekabrından Odessa vilayəti prokurorunun müavini postunu tutub.

Ukrayna hökuməti tərəfindən 2016-cı il avqustun 22-də Krım Muxtar Respublikasının prokuroru təyin edilib.

2019-21-ci illərdə Ukrayna baş prokurorunun müavini olub.

 


SON XƏBƏRLƏR

03 Iyun 2026